İQTİSADİYYAT


Daşkənddə Beynəlxalq İnvestisiya Forumunda ölkəmiz də təmsil olunub

Daşkənd, 20 noyabr, АZƏRTAC

Özbəkistanın Turizm üzrə Dövlət Komitəsi, İnvestisiya üzrə Dövlət Komitəsi və Ticarət-Sənaye palatasının təşkilatçılığı ilə Daşkənddə birinci Beynəlxalq İnvestisiya Forumu keçirilir.

AZƏRTAC xəbər verir ki, Forumda dünyanın 49 ölkəsinin turizm sahəsinin rəhbərləri, ekspertləri, ümumiyyətlə 300-dən artıq nümayəndə iştirak edir.

Tədbirdə ölkəmizi “NABUCCO A&C” şirkətinin direktoru Kəmaləddin Mənsimov və bir neçə özəl otellər təmsil edir.

Özbəkistan Baş nazirinin müavini Aziz Abduxakimov Forumu açaraq ölkədə turizm sahəsində köklü islahatlar aparıldığını bildirib. Onun sözlərinə görə Özbəkistan dünyanın 18 ölkəsi ilə vizanı ləğv edib, 50 dövlətlə isə sadələşdirilmiş viza rejimi ilə işləyir. Bu ilin 10 ayında Özbəkistana 4,4 milyon turist gəlib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə çoxdur. Proqnozlara görə bu ilin sonuna kimi bu rəqəm 5 milyonu keçəcək.

Bildirilib ki, Forumun keçirilməsində məqsəd turizm sahəsində Özbəkistanın beynəlxalq əməkdaşlığın gücləndirmək, bu sahəyə birbaşa sərmayə qoyuluşu və ölkənin turizm potensialının təbliğ olunmasıdır.

Forumda ölkənin 500-dən artıq investisiya layihəsi təqdim olunub.

Azərbaycan tərəfi ölkəmizın turizm potensialını təqdim edib, bir sıra şirkətlərin nümayəndələri ilə əməkdaşlıqla bağlı söhbətlər aparılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.