İDMAN


Daşkənddə “Böyük dəbilqə” turnirində 13 cüdoçumuz iştirak edəcək

Bakı, 23 fevral, AZƏRTAC

Martın 5-də Daşkənddə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

AZƏRTAC xəbər verir ki, yarışda Azərbaycanın 13 cüdoçusunun iştirakı planlaşdırılıb. Belə ki, kişilər arasında Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Aslan Mirzəyev (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) iştirakı nəzərdə tutulub. Qadınların yarışında isə mübarizə aparmaq üçün Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq) və İrina Kindzerskanın (78 kiloqramdan yuxarı) adları siyahıya daxil edilib.

Yarış martın 7-dək davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.