DÜNYA


Daşkənddə MDB Maliyyə-Bank Şurası nümayəndələrinin görüşü keçirilib

Daşkənd, 18 fevral, АZƏRTAC

Özbəkistan Mərkəzi Bankında Müstəqil Dövlətlər Birliyi (MDB) Maliyyə-Bank Şurası nümayəndələrinin görüşü keçirilib.

AZƏRTAC Özbəkistan Mərkəzi Bankının mətbuat xidmətinə istinadla xəbər verir ki, bütün MDB ölkələri nümayəndələrinin iştirak etdiyi görüşdə bu ilin iyununda Daşkənddə MDB Beynəlxalq Maliyyə-Bank Forumunun keçirilməsi məsələsi müzakirə edilib.

Tədbirdə bildirilib ki, hazırda MDB Maliyyə-Bank Şurası Birlik məkanında inteqrasiya proseslərinin gücləndirilməsi məqsədilə maliyyə və sosial xarakterli bir sıra strateji proqramlar həyata keçirir.

Tərəflər, həmçinin MDB ölkələrinin maliyyə institutları arasında əlaqələrin dərinləşdirilməsi imkanlarını, foruma hazırlıq məsələlərini müzakirə ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.