CƏMİYYƏT


Daşkənddə MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının XV Forumu keçiriləcək

Daşkənddə MDB ölkələrinin yaradıcı və elmi ziyalılarının XV Forumu keçiriləcək

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 12-14-də Daşkənddə MDB-yə üzv dövlətlərin yaradıcı və elmi ziyalılarının XV Forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, iclasın mövzusu “Humanitar əməkdaşlıq – otuz ilin təcrübəsi və inkişaf perspektivləri” olacaq. Tədbir çərçivəsində Dövlətlərarası humanitar əməkdaşlıq Fondunun “Birliyin simaları” sərgisi, “Birlik ulduzları” Dövlətlərarası mükafatın və “Debütlər Birliyi” Beynəlxalq mükafatın təqdimetmə mərasimləri keçiriləcək. “Birlik ölkələrinin mədəni irsi”, “MDB ölkələrinin elmi-təhsil ictimaiyyəti”, “MDB-nin ən yeni mədəni kodu: əməkdaşlığın inkişaf vektorları”, “Birlik ölkələrinin ədəbiyyatı – yeni inteqrasiya mexanizmləri”, “Birlik ölkələri gənclərinin əməkdaşlığı” və digər mövzular üzrə panel müzakirələr aparılacaq.

Forum çərçivəsində MDB-nin iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Şuranın və Dövlətlərarası humanitar əməkdaşlıq Fondunun İdarə Heyətinin birgə iclası keçiriləcək. Forumun nəticələri üzrə yekun qətnamə qəbul olunacaq.

MDB-nin Gənclər simfonik orkestrinin konserti keçiriləcək.

Belə irimiqyaslı ilk layihənin keçirildiyi 2006-cı ildən başlayaraq, yaradıcı və elmi ziyalılarının forumları MDB məkanında ən böyük illik humanitar hesab olunurlar. 2007-ci ildən onlar Dövlətlərarası Şuranın və MDB-nin iştirakçısı olan ölkələrin humanitar əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilir. Bu müddət ərzində forumlar elmi və yaradıcı elitanın görkəmli xadimləri, MDB-nin dövlətlərarası orqanlarının, Birlik ölkələrinin uyğun qurumlarının nümayəndələri arasında mərkəzi dialoq meydanına çevrilib. Yaradıcı və elmi ziyalıların Forumları ənənəvi olaraq qəbul edən dövlətlərin rəhbərliyinin iştirakı ilə Birlik ölkələrinin paytaxtlarında keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.