ELM VƏ TƏHSİL


Daşkənddə Nizami Gəncəvi adına Dil və Ədəbiyyat Mərkəzi yaradılacaq

Bakı, 2 iyul, AZƏRTAC

Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şöhrət Siracəddinovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, görüşdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycanla Özbəkistan arasındakı ikitərəfli siyasi münasibətlərdən söz açıb. O bildirib ki, bu gün dövlətlərimiz arasındakı yüksək münasibətlər iki ölkə arasında elmi əlaqələrin inkişafına zəmin yaradır.

İ.Həbibbəyli rəhbərlik etdiyi müəssisədə Azərbaycan-Özbəkistan ədəbi əlaqələri ilə bağlı görülən işlərdən də danışıb, bu istiqamətdə tədqiqatların aparılması üçün Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri və türk xalqları ədəbiyyatı şöbələrinin fəaliyyət göstərdiyini vurğulayıb.

Görüş zamanı Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin nəzdində Əlişir Nəvai adına Ədəbiyyat Mərkəzinin, Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində isə Nizami Gəncəvi adına Dil və Ədəbiyyat Mərkəzinin yaradılması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.