DÜNYA


Daşkənddə Novruz bayramı münasibətilə böyük el şənliyi keçirilib

Daşkənd, 21 mart, AZƏRTAC

Martın 21-də Daşkənddə yeni istifadəyə verilən “Xumo-Arena” kompleksində Novruz bayramı münasibətilə böyük el şənliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistan hökumətinin və parlamentinin üzvləri, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, digər xalqların təmsilçiləri, o cümlədən paytaxtda yaşayan azərbaycanlılar və jurnalistlər iştirak ediblər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Novruz bayramı münasibətilə iştirakçıları və ölkədə yaşayan bütün xalqların nümayəndələrini təbrik edib. Prezident bildirib ki, Novruz Şərq təqviminə görə yeni ilin başlanğıcıdır. Novruz həm də sülhə, əmin-amanlığa, barışa çağırış bayramıdır.

Martın 21-də Özbəkistan paytaxtının, vilayət mərkəzlərinin, rayonların park və meydanlarında da izdihamlı Novruz şənlikləri keçirilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.