DÜNYA


Daşkənddə Qazaxıstana həsr edilmiş sərgi açılıb

Daşkənd, 15 aprel, AZƏRTAC

Daşkənddə Qazaxıstana həsr edilmiş “Böyük səhra: tarix və mədəniyyət” adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Qazaxıstanın tarixi, etnoqrafiyası, mədəniyyət və incəsənəti, o cümlədən ölkənin simvoluna çevrilən “Qızıl adam” nümayiş etdirilir.

Sərgidə məlumat verilib ki, 1960-cı illərdə Almatı ətrafında arxeoloji qazıntılar aparılarkən İssık kurqanında qızıl paltarda sak hərbçisinin qalıqları aşkar edilib və bu tapıntı “Qızıl adam” adlandırılıb. Bu tapıntı Qazaxıstanda həm də “əsrin tapıntısı” adını alıb və “Qazaxıstan Tutonxamonu” adlandırılıb. “Qızıl adam” bizim eradan əvvəl V-IV əsrlərə aid edilir.

Sərgidə bildirilib ki, sərgi Rusiya, Çin, Azərbaycan, Polşa, Belorus, Koreya, və digər ölkələrdə də təşkil olunub. İlin sonunadək sərginin dünyanın 20-dən artıq ölkəsində nümayişi nəzərdə tutulur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.