DÜNYA


Daşkənddə ŞƏT Regional Antiterror Strukturunun VII beynəlxalq elmi-praktik konfransı keçirilib

Daşkənd, 8 noyabr, АZƏRTAC

Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Regional Antiterror Strukturunun VII beynəlxalq elmi-praktik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ŞƏT-in üzvü olan, həmçinin müşahidəçi ölkələrin nümayəndələri, BMT, MDB, ATƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirənin və digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

ŞƏT Regional Antiterror Strukturunun direktoru Jumaxon Qiesov terrorizm, separatizm və ekstremizmlə mübarizədə təşkilatın üzvü olan ölkələrlə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi istiqamətində bu qurumun mühüm rol oynadığını bildirib. O deyib ki, ŞƏT Regional Antiterror Strukturu terrorizmlə mübarizədə beynəlxalq qüvvələrin birgə səyini dünyada təhlükəsizliyin və sabitliyin təmin olunmasında əsas amil kimi dəyərləndirir.

Tədbir çərçivəsində “ŞƏT məkanında terrorizm və ekstremizmlə mübarizədə milli təcrübə” mövzusunda seminar da keçirilib. Seminarda Özbəkistan, Çin, Rusiya, Hindistan, İran və digər ölkələrin ekspertlərinin çıxışları dinlənilib, əməkdaşlıqla bağlı bir neçə sənəd imzalanıb.

Xatırladırıq ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş qismində çıxış edir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.