MƏDƏNİYYƏT
Daşkənddə “Səni sevirəm, həyat” şeirlər kitabı Azərbaycan və özbək dillərində çap edilib
Daşkənd, 10 dekabr, АZƏRTAC
Daşkənddəki “Lesson press” nəşriyyatında özbək şairi Gülçöhrə Şahabiddinqızının “Səni sevirəm, həyat” şerlər kitabı Azərbaycan və özbək dillərində çap edilib.
AZƏRTAC xəbər verir ki, şeirləri orijinaldan dilimizə Azərbaycanda yaşayan şair və publisist Şahməmməd Dağlaroğlu çevirib.
Kitabdakı “Ön söz”də bildirilir ki, şairin 10-dan artıq şeirlər kitabı, 30-dan çox metodik vəsaiti çap edilib. G.Şahabiddinqızı Özbəkistan mətbuatında çap olunan onlarca elmi və publisistik məqalənin müəllifidir.
Şairin Vətən, məhəbbət, təbiət, həyat haqqında şeirləri Azərbaycan, rus, ingilis, türk, qırğız, qazax, tacik və digər dillərə tərcümə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd