İQTİSADİYYAT


Daşkənddə “Turizm Böyük İpək Yolunda” adlı Beynəlxalq sərgidə AZAL uğurla iştirak edib

Daşkənd, 5 oktyabr, AZƏRTAC

Bu gün Dünya Turizm Təşkilatının dəstəyi ilə Daşkənddəki “Özekspomərkəz” sərgilər salonunda “Turizm Böyük İpək Yolunda” adlı 24-cü Beynəlxalq turizm sərgisi başa çatıb.

Dünyanın 15-dən artıq ölkəsinin turizm və aviasiya şirkətlərinin iştirak etdiyi sərgidə ölkəmizi "Azərbaycan Hava Yolları" QSC-nin Özbəkistandakı nümayəndəliyi təmsil edib.

Açılış mərasimində AZAL-ın Özbəkistandakı nümayəndəliyinin təqdimatı da keçirilib.

AZAL-ın Daşkənddəki nümayəndəliyindən verilən məlumata görə, üç gün ərzində iştirakçılara Azərbaycanın iqtisadi inkişafı, adət-ənənələri, tarixi, mədəniyyəti, incəsənəti haqqında məlumat verilib. İştirakçılara AZAL haqqında, bu aviasiya şirkətinin 80 illiyi, həmçinin ecazkar Naftalan nefti ilə bağlı məlumatlar toplusu və açıqcalar paylanıb. Bildirilib ki, sərgidə iştirak edən turizm və aviasiya şirkətlərinin nümayəndələri ilə əməkdaşlığa dair danışıqlar aparılıb.

Xatırladırıq ki, Bakıdan Daşkəndə müntəzəm aviasiya reysləri bu il iyunun 30-dan başlayıb. AZAL həftədə iki dəfə-üçüncü və altıncı günlər Bakı-Daşkənd-Bakı reyslərini həyata keçirir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.