MƏDƏNİYYƏT


Daşkənddə Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü qeyd edilib

Daşkənd, 22 aprel, AZƏRTAC

Daşkənddəki “Türküstan” konsert salonunda Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü münasibətilə mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyənin və Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, türk iş adamları, onların övladları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, qardaş özbək xalqının nümayəndələri iştirak edib.

Türkiyənin Özbəkistandakı səfiri Mehmet Surayya Er uşaqları və valideynlərini təbrik edərək bayram haqqında məlumat verib. Bildirib ki, bu bayram Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adı ilə bağlıdır və 1920-ci il aprelin 23-dən başlayaraq hər il təntənəli şəkildə qeyd olunur.

Sonra tədbir konsert proqramı ilə davam edib. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi nəzdindəki “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.