MƏDƏNİYYƏT


Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq

Daşkənd, 9 noyabr, AZƏRTAC

Noyabr ayının ikinci yarısında Daşkənddə Azərbaycanın və Özbəkistanın Xalq artisti, Dövlət mükafatı laureatı, Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrının Baş rejissoru Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak edəcək.

Xatırladırıq ki, Daşkəndə gəlməzdən əvvəl Firudin Səfərov 14 il Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru işləyib, bu mədəniyyət ocağında dahi Üzeyir Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun” və bir sıra digər klassik və Azərbaycan operalarına quruluş verib.

Tanınmış rejissor 40 ildən artıqdır ki, Daşkənddə çalışır. O, Bakı və Daşkənd teatrlarında 70-dən artıq müasir və klassik opera tamaşalarına quruluş verib.

F.Səfərov, həmçinin Türkiyə, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan opera teatrlarında tamaşalar hazırlayıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.