MƏDƏNİYYƏT


Daşkənddə “Xalqların adət-ənənələri” adlı festival təşkil edilib

Daşkənd, 30 oktyabr, AZƏRTAC

Daşkənddəki Mirzə Uluqbəy adına parkda “Xalqların adət-ənənələri” adlı festival keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə paytaxtda yaşayan müxtəlif xalqların nümayəndələri öz adət-ənənələri və milli mətbəxlərini nümayiş etdiriblər.

Festivalda ölkəmizi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi təmsil edib.

Tədbirdə Mədəniyyət Mərkəzinin əməkdaşı Salama Fətəliyeva Azərbaycan xalqının zəngin milli mədəni iris, adət-ənənələri, incəsənəti, son beş ildə təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr, AMM-nin təşəbbüsü ilə Azərbaycanın tanınmış ədiblərinin özbək dilinə tərcümə olunmuş əsərləri ilə bağlı məlumat verib və gələcək planlardan danışıb.

Sonra tədbir konsert proqramı ilə davam edib. AMM-nin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi, “Qardaşlıq” qrupunun solisti Yusif Əliyev isə muğam və xalq mahnılarımızı ifa edib.

Bundan əlavə tədbirə gələnlər plov və şirniyyatlarımıza qonaq olublar.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.