MƏDƏNİYYƏT


Daşkənddə “Xalqların adət-ənənələri və mətbəxi” festivalı keçirilib

Daşkənd, 9 may, АZƏRTAC

Daşkənddəki Mirzə Uluqbəy adına Beynəlxalq Məktəbdə “Xalqların adət-ənənələri və mətbəxi” festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun üzvləri, mədəniyyət mərkəzləri öz xalqlarının mədəniyyətini və milli mətbəx nümunələrini təqdim ediblər.

Festivalda Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də təmsil olunub.

Ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi inkişafından bəhs edən kitab və albomlar nümayiş olunub. Sərgidə “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib.

Sərgidə Azərbaycanın Qarabağ bölgəsinin qadın geyimləri, milli musiqi və məişət əşyaları və suvenirlərimiz də təqdim olunub.

Azərbaycan guşəsində qonaqlara plov, dolma, qutab, dovğa və şirniyyatlarımız təklif edilib.

Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.