MƏDƏNİYYƏT
Daşkənddə azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirilib
Daşkənd, 31 dekabr, АZƏRTAC
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) bu ölkədə yaşayan azərbaycanlı uşaqlar üçün Yeni il şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, şənlikdə 100-ə yaxın azərbaycanlı uşaq iştirak edib.
Mədəniyyət Mərkəzinin əməkdaşı Kifayət Pirməmmədova uşaqları Yeni il bayramı münasibətilə təbrik edib, onlara yaxşı oxumağı, xoşbəxt həyat sürməyi arzulayıb.
Sonra bayram tamaşası göstərilib, Şaxta baba və Qar qız təxminən iki saat ərzində uşaqları əyləndirib. Şənlikdə uşaqlar Yeni illə bağlı şeirlər söyləyib, mahnı oxuyub, rəqs ediblər. Mərkəzin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.
Sonda Şaxta baba və Qar qız tərəfindən uşaqlara Yeni il hədiyyələri təqdim olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:20]
Abdulla Şaiqin mənzil-muzeyində tədbir: “Narkotik asılılığına son!”
- 25.04.2024 [17:54]
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib
- 25.04.2024 [17:45]
Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək
- 25.04.2024 [17:00]
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]