DÜNYA


Daşkənddə çoxfunksiyalı buz kompleksi açılıb

Daşkənd, 15 mart, АZƏRTAC

Daşkənddə “Xumo-Arena” çoxfunksiyalı buz kompleksinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, kompleksin açılışında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, hökumətin və parlamentin üzvləri, diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, həmçinin Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev iştirak ediblər.

Tədbirə Rusiyanın tanınmış hokkeyçiləri və estrada ulduzları, Özbəkistanın “Bunyatkor” hokkey komandasının veteranları, ölkənin tanınmış idmançıları, elm, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər də qatılıblar.

“Xumo-Arena”da hokkey, fiqurlu konkisürmə ilə yanaşı, basketbol, voleybol, futzal, güləş, boks, taekvondo, qılıncoynatma və digər növlər üzrə də yarışlar keçiriləcək.

Tədbir çərçivəsində teatrlaşdırılmış geniş şou proqram təqdim olunub. Rusiyanın Xalq artistləri Nikolay Baskov, Filip Kirkorov, Əməkdar artist Dima Bilan və Özbəkistanın tanınmış müğənniləri Fərrux Zakirov, Yulduz Usmanova, Azadbek Nazarbekov və başqaları sevilən mahnılarını ifa ediblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.