DÜNYA


Daşkənddə dəyəri milyon dollardan çox olan qədim xəzinə tapılıb

Bakı, 20 yanvar, AZƏRTAC

Özbəkistan Milli Universitetinin alimləri Daşkəndin tarixi binalarından birində ümumi dəyəri milyon dollardan çox olan qədim xəzinə tapıblar.

AZƏRTAC xəbər verir ki, kun.uz nəşrinin yaydığı məlumata görə, həmin qiymətli əşyalar 80 ildir itmiş sayılırdı. Xəzinə binanın zirzəmisinin altında yerləşən gizli tikilidə tapılıb. Mütəxəssislər o cümlədən Romanovların Daşkənddəki sarayının 1918-ci il kolleksiyasından olan eksponatlar və Stalin repressiyaları qurbanlarına, habelə zadəganlara və Avropadan Sankt-Peterburqa köçmüş alimlərə məxsus əşyalar aşkarlayıblar.

Tapıntılar arasında XIX əsrə aid qızıl mikroskop, qiymətli metallardan olan pullar və külçələr, nadir kitablar və əlyazmaları, rəsm əsərləri və ikonalar var. Bəzi əşyaların bərpa olunmaq üçün Almaniya və Polşadan olan mütəxəssislərə veriləcəyi bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.