DÜNYA


Daşkənddə dörd gün davam edən iki toyun iştirakçıları koronavirusa yoluxublar

Daşkənd, 22 iyun, АZƏRTAC

Daşkənd sakini eyni vaxtda iki övladına dörd gün toy edib. Nəticədə gəlinlərin biri və 12 iştirakçı koronavirusa yoluxub.

Özbəkistan Səhiyyə Nazirliyinin məlumatına görə, şənliklərdə iştirak edən yüzlərlə şəxs karantinə yerləşdirilib. Bundan əvvəl ölkənin Surxandərya vilayətində toyda iştirak edən 250 nəfər də karantinə yerləşdirilmişdi.

Qeyd edək ki, Özbəkistanda sarı və yaşıl zonalara daxil olan ərazilərdə toy və digər ailə şənliklərinin keçirilməsinə icazə verilib, ancaq belə şənliklərdə 30-dan çox adam iştirak etməməlidir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.