İQTİSADİYYAT


Daşkənddə idarəetmə və şəffaflıqla bağlı forumda azərbaycanlı mütəxəssislər də iştirak edib

Daşkənd, 14 aprel, АZƏRTAC

Özbəkistan Maliyyə Nazirliyinin təşkilatçılığı ilə Daşkənddə peşəkar etika, idarəetmə və şəffaflıq (PRİMO) üzrə 15-ci forum keçirilib.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı mütəxəssislərin də qatıldıqları forumda 25 ölkədən iqtisadçı alimlər, bank sahəsi üzrə mütəxəssislər, Dünya Bankının, İslam İnkişaf Bankının, Asiya İnkişaf Bankının, Dünya Ticarət Təşkilatının və digər beynəlxalq maliyyə qurumlarının təmsilçiləri iştirak ediblər.

Forumda dövlət investisiya layihələrində özəl kapitalın iştirakı, tədarükün təşkilinin hüquqi və etik əsasları, iri investisiya layihələri çərçivəsində idarəetmə, dövlət investisiya layihələrindən istifadə, müasir texnologiyaların tətbiqi və digər mövzularda müzakirələr aparılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.