İQTİSADİYYAT


Daşkənddə keçirilən “Hidroenergetika. Mərkəzi Asiya və Xəzər” beynəlxalq konqresində Azərbaycan da iştirak edib

Daşkənd, 19 fevral, АZƏRTAC

Daşkənddə “Hidroenergetika. Mərkəzi Asiya və Xəzər” beynəlxalq konqresi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Özbəkistanla yanaşı Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Tacikistan, İran, Rusiya, Gürcüstan və digər ölkələrin hidroenergetika sahəsinin mütəxəssisləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Azərbaycandan bu konqresə onlayn formatda Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun baş direktoru Arif Həşimov qatılıb.

İki gün ərzində böyük və orta su-elektrik stansiyalarının tikilməsi təcrübəsi, mövcud su-elektrik stansiyalarının modernləşdirilməsi üzrə praktik işlər, kiçik və mikro su-elektrik stansiyalarının tikintisi, stansiyalarda avadanlığın modernləşdirilməsi, su-elektrik stansiyalarında rəqəmsallaşdırma və avtomatlaşdırma strategiyasının hazırlanması, obyektlərin diaqnostika və monitorinq sistemlərinin təkmilləşdirilməsi və digər mövzularda müzakirələr aparılıb.

Arif Həşimov Azərbaycanda bu sahədə görülən işlər, yeni hidrotexniki qurğuların tikintisi, Ermənistanın işğalından azad olunan ərazilərdəki Suqovuşan su anbarı və digər belə qurğuların qəzalı vəziyyətdə olması haqqında konqres iştirakçılarına məlumat verib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.