CƏMİYYƏT
Daşkənddə keçirilən forumda Azərbaycan nümayəndələri də iştirak edirlər
Daşkənd, 14 may, АZƏRTAC
Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının (UNDP) İstanbul Mərkəzinin, bu qurumun Özbəkistandakı nümayəndəliyinin təşəbbüsü ilə Daşkənddə “İnnovasiya və korrupsiyanın qarşısının alınması” adlı forum keçirilir.
AZƏRTAC xəbər verir ki, forumda UNDP-nın Avropa, Mərkəzi Asiya ölkələrindəki ofislərinin, bu ölkələrin dövlət və qeyri-hökumət təşkilatlarının, elm dairələrinin, analitik mərkəzlərinin nümayəndələri iştirak edirlər.
Tədbirdə BMT İnkişaf Proqramının layihə rəhbəri Vasif Məmmədov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev də iştirak edir.
İki gün ərzində Forumda iştirakçı ölkələrdə korrupsiya ilə mübarizə sahəsində görülən işlər, həyata keçirilən tədbirlər müzakirə ediləcək.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd