İQTİSADİYYAT


Daşkənddə keçirilən regional seminarda Azərbaycan da təmsil olunub

Daşkənd, 20 iyun, АZƏRTAC

Daşkənddə Beynəlxalq Elektorabitə İttifaqı (BEİ) Müstəqil Dövlətlər Birliyi (MDB) və Asiya Sakit Okean (ASO) regionu ölkələri üçün regional seminar keçirib.

AZƏRTAC xəbər verir ki, seminarda BEİ-nın ekspertləri, MDB və ASO regionundan olan ölkələrin nümayəndələri, informasiya-kommunikasiya texnologiya sahəsi üzrə mütəxəssislər, bu sahədə fəaliyyət göstərən elmi institutların nümayəndələri iştirak edib.

Ölkəmizi bu tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi telekommunikasiya və poçt xidmətləri şöbəsinin konsultantı Ceyhun Ələkbərov təmsil edib.

Tədbirdə MDB və ASO ölkələrində informasiya texnologiyaları sahəsində vəziyyət, bu sahənin inkişaf perspektivləri, proqram təminatı, məlumatların müdafiəsi, təhlükəsizliyin qorunması və digər məsələlər müzakirə edilib.

Seminarda iştirakçı ölkələrin hökumətlərində kibertəhlükəsizliyin təminatı və tənzimlənməsi sahəsindəki rolu, informasiya kommunikasiya texnologiyalarının dövlət strukturlarında tətbiqi məsələləri də diqqət mərkəzində olub.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.