İQTİSADİYYAT


Daşkənddə keçirilmiş Beynəlxalq turizm sərgi-yarmarkasında Azərbaycan layiqincə təmsil olunmuşdur

Daşkənd, 11 oktyabr (AZƏRTAC). Daşkənddə “Özbəkturizm” şirkətinin təşkilatçılığı ilə XVI Böyük İpək Yolu ilə turizm Beynəlxalq turizm sərgi-yarmarkası keçirilmişdir.

Beynəlxalq tədbirdə dünyanın 36 ölkəsindən 500-dən çox turizm firması iştirak etmişdir.

Azərbaycanı bu sərgi-yarmarkada “Millenium” turizm şirkətinin nümayəndələri təmsil etmişlər.

Yarmarkanın Azərbaycan guşəsində ölkəmizin turizm potensialını əks etdirən reklam-çap məhsulları və fotostendlər nümayiş etdirilmiş, ziyarətçilərə jurnallar və açıqcalar paylanmışdır.

Azərbaycan təmsilçiləri yarmarkada iştirak edən bir sıra turizm şirkətlərinin nümayəndələri ilə görüşlər keçirmiş, əməkdaşlığa dair qarşılıqlı razılaşmalar əldə edilmişdir. Şirkətlərin nümayəndələri və tamaşaçılar sərgidə Azərbaycanın turizm potensialını əks etdirən pavilyona böyük maraq göstərmişlər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.