DÜNYA


Daşkənddə nəşr edilən “İslam təfəkkürü” jurnalının ilk nömrəsinin təqdimatı olub

Daşkənd, 18 dekabr, АZƏRTAC

Özbəkistan Beynəlxalq İslam Akademiyasında “İslam təfəkkürü” jurnalının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, dini maarifləndirici və elmi jurnal respublika Nazirlər Kabineti yanında Din İşləri üzrə Komitə, Özbəkistan Müsəlmanları İdarəsi və Beynəlxalq İslam Akademiyası tərəfindən nəşr olunur.

“İslam təfəkkürü” jurnalı ildə dörd dəfə özbək, rus, ingilis və ərəb dillərində çap ediləcək.

Jurnalda “Quranşünaslıq”, “Hədisşünaslıq” və s. rubrikalar altında İslam aləmindən elmi məqalələr, alimlərin araşdırmaları, həmçinin dinşünas alimlər haqqında yazılar veriləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.