MƏDƏNİYYƏT


Daşkənddəki Dil və Ədəbiyyat Universitetinin kitabxanasına ölkəmizlə bağlı kitablar hədiyyə edilib

Daşkənd, 28 noyabr, AZƏRTAC

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Özbəkistandakı Əlişir Nəvai adına Dil və Ədəbiyyat Universitetinin kitabxanasına “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində ölkəmizlə bağlı kitab kolleksiyası hədiyyə edib.

AZƏRTAC xəbər verir ki, təqdim olunan nəşrlər arasında dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi inkişafla əlaqədar kitablar da yer alıb.

Nəşrlər arasında ölkəmizin tarixi, mədəniyyəti, turizm potensialı, ədəbiyyatına dair AMM-nin özbək dilində Daşkənddə çap etdirdiyi çoxsaylı nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən çap olunan kitablar da var. Kitabxanaya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi, ermənilərin saxtalaşdırma siyasətinə dair kitablar, jurnal və bukletlər də təqdim edilib.

AMM müntəzəm olaraq Özbəkistan kitabxanalarına Azərbaycanla bağlı nəşrlər hədiyyə edir və bu istiqamətdə ciddi işlər görür.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.