SİYASƏT


Daşkənddəki diasporumuzun iki üzvü Özbəkistanın “Dostluq” ordeninə layiq görülüb

Daşkənd, 2 avqust, АZƏRTAC

Xalqlar Dostluğu Günü münasibətilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev millətlərarası dostluq və sabitliyin möhkəmlənməsində, milli mədəniyyətlərin, adət-ənənələrin qorunmasında və inkişafında, xarici dövlətlərlə mədəni-humanitar münasibətlərin yeni səviyyəyə qaldırılmasında, beynəlxalq aləmdə Özbəkistanın sülhsevər və humanist siyasətinin geniş təbliğində, gənc nəslin Vətənə sədaqət və məhəbbət ruhunda tərbiyə olunmasında xidmətlərinə görə istehsalat, elm, mədəniyyət, incəsənət xadimlərinə, azsaylı xalqların nümayəndələrinə ölkənin yüksək mükafatlarının verilməsi ilə bağlı Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, “Dostluq” ordeni alanlar arasında Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov və mərkəzin aktiv üzvü İlham Abdullayev də var.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.