SİYASƏT


Daşkənddəki diasporumuzun üzvlərinə Özbəkistanın “Dostluq” ordeni təqdim edilib

Daşkənd, 4 avqust, АZƏRTAC

Xalqlar Dostluğu Günü münasibətilə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin elm, mədəniyyət, incəsənət xadimlərinə, azsaylı xalqların nümayəndələrinə ölkənin yüksək mükafatlarının verilməsi haqqında Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, Özbəkistan Millətlərarası Münasibətlər və Xarici Ölkələrlə Dostluq Komitəsində (MMXÖDK) mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva MMXÖDK-nın cəmiyyətdəki rolundan və əhəmiyyətindən danışıb, orden və medallara layiq görülən şəxsləri təbrik edib, onlara daha böyük uğurlar arzulayıb.

Sonra T.Narbayeva mükafatları sahiblərinə təqdim edib.

“Dostluq” ordeninə layiq görülənlər arasında Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Firdovsi Hüseynov və mərkəzin aktiv üzvü İlham Abdullayev də var.

F.Hüseynov, İ.Abdullayev və başqaları Özbəkistanın yüksək mükafatına layiq görüldüklərinə görə Özbəkistan hökumətinə minnətdarlıqlarını bildiriblər.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.