MƏDƏNİYYƏT


Daşkənddəki uchildiz.uz portalında böyük Azərbaycan memarı Əcəmidən yazılıb

Daşkənd, 11 yanvar, АZƏRTAC

Daşkənddəki uchildiz.uz portalında böyük Azərbaycan memarı Əcəmi haqqında rus dilində “Böyük Əcəminin yaradıcılığı: bütün dövrlərin şedevri” sərlövhəli geniş məqalə yer alıb.

Material coğrafiya elmləri doktoru Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun baş elmi işçisi Seyran Vəliyev və professor, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin məqalələrindən istifadə edilməklə hazırlanıb.

AZƏRTAC xəbər verir ki, məqalədə Əcəminin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir, bildirilir ki, 1976-cı ildə Azərbaycanda böyük memarın 850 illik yubileyi qeyd olunub. 10 il sonra isə onun şərəfinə Bakı metropoliteninin stansiyalarından birinə “Memar Əcəmi” adı verilib.

Yazıda bildirilir ki, XII əsrdə Naxçıvan Atabəylər dövlətinin paytaxtı, həm də ölkənin siyasi, iqtisadi sənətkarlar şəhəri kimi tanınıb. Memarlıq sənəti burada öz çiçəklənmə dövrünü yaşayıb. Belə ki, şəhərdə və şəhərin ətrafında çoxsaylı memarlıq abidələri - məsçidlər, saraylar, karvansaralar, dini məktəblər tikilib.

Məqalə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya dəstəyi ilə hazırlanıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.