MƏDƏNİYYƏT


Daşkəndə çap edilən “Sanat” jurnalında Səmərqənddə yaşamış azərbaycanlı heykəltəraş haqqında material verilmişdir

Daşkənd 4 sentyabr (AZƏRTAC). Daşkəndə rus dilində çap edilən “Sanat” jurnalında Səmərqənddə yaşamış azərbaycanlı heykəltəraş Eynulla Əliyevin 75 illiyi ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyinin ikinci katibi Səbuhi Əhmədovun “Azərbaycandan olan Səmərqəndli heykəltəraş” sərlövhəli geniş materialı verilmişdir.

Məqalədə deyilir ki, Eynulla Əliyev Bakının Bilgəh kəndində anadan olmuş, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində Xalq Rəssamı Tokay Məmmədovun sinfində təhsil almışdır. Qeyd olunur ki, sonra o Daşkəndə gələrək Teatr İnstitutunun heykəltəraşlıq bölməsini bitirmiş, qədim Səmərqənd şəhərində işləməyə göndərilmiş, ömrünün sonunadək burada yaşamış və yaratmışdır.

Materialda deyilir:”Eynulla Əliyev 1969-cu ildə Özbəkistan Rəssamlar İttifaqının Səmərqənd filialının sədri seçilmiş, uzun illər bu vəzifədə uğurla fəaliyyət göstərmiş, gənc rəssam və heykəltəraşların 200-dən artıq sərgisini keçirmişdir. Onun əsərləri Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara və digər şəhərlərini bəzəyir. Daşkənddəki Əlişir Nəvai adına parkda böyük şairə ucaldılmış möhtəşəm abidənin həmmüəlliflərindən biridir.

Azərbaycan Prezidenti İlham Əliyev 2010-cu il sentyabrın 27-də Özbəkistanda rəsmi səfərdə olarkən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi binasının təmirdən sonra açılışında iştirak etmiş, Eynulla Əliyevin burada təşkil edilmiş sərgisinə baxmışdır.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.