MƏDƏNİYYƏT
Daşkəndin “Kitob dunyasi” qəzetində Azərbaycanla bağlı materiallar dərc edilib
Daşkənd, 15 dekabr, АZƏRTAC
Daşkənddə özbək dilində çap edilən “Kitob dunyasi” qəzetində paytaxtdakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovun məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, materialda Azərbaycan-Özbəkistan dostluğu, Mədəniyyət Mərkəzinin həyata keçirdiyi layihələr, 2018-ci ildə görülən işlər və 2019-cu ildə qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verir.
Məqalədə qeyd olunur ki, Mədəniyyət Mərkəzi özbək ədəbiyyatının klassiki, soydaşımız Maqsud Şeyxzadənin 110 illiyi ilə bağlı həm Daşkənddə, həm də Bakıda yubiley tədbiri keçirəcək.
Qəzet Maqsud Şeyxzadənin və Fikrət Qocanın şeirlərinə də yer ayırıb. Fikrət Qocanın şeirlərini özbək dilinə İkrom Otamurod tərcümə edib.
Qeyd edək ki, “Kitob dunyasi” qəzeti Azərbaycan alimlərinin, şair və yazıçıların əsərlərinə tez-tez müraciət edir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd