İQTİSADİYYAT
“Daşkəsən Filizsaflaşdırma” ASC-nin məhsulları Avropa bazarına çıxarılacaq
Bakı, 15 avqust (AZƏRTAC). “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-nin struktur vahidi olan “Daşkəsən Filizsaflaşdırma” ASC ilə Rusiya Federasiyasının “Elekrtostal Ağır Maşınqayırma Zavodu” ASC arasında müqavilə imzalanıb.
Müəssisədən AZƏRTAC-a bildiriblər ki, müqaviləyə əsasən, Elekrtostal zavodundan müasir avadanlıqlar və ehtiyat hissələri alacaq. Bu avadanlıqlar Daşkəsən filizsaflaşdırma kombinatının istehsal proseslərini təkmillədirməyə, məhsul buraxılışını artırmağa imkan verəcək. Dəmir filizi konsentratının keyfiyyətinin 60 faizdən 66-67 faizədək yüksəldilməsi kombinata gələn il öz məhsullarını Avropa bazarına çıxarmaq imkanı verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]