CƏMİYYƏT


Daşkəsən rayonuna diametri 12 millimetr olan dolu düşüb

Bakı, 30 iyun, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naftalan, Şəmkir, Qəbələ, Şəki, Xaltan, Qrız, Tərtər, Yevlax, Lerik, Yardımlı, Kişçay, Şahdağda yağış, Daşkəsən, Sarıbaş, Göyçayda isə leysan xarakterli yağış yağır. Daşkəsən rayonunda saat 20:35-20:45 radələrində diametri 12 millimetr olan dolu düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.