CƏMİYYƏT


Daşkəsən rayonunda bələdiyyə sədri 3000 manat cərimələnib

Bakı, 22 avqust, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar Xətt”inə Daşkəsən rayonu, Xoşbulaq kənd sakini Elnarə Rəhimova kənd ərazisində məişət tullantılarının qalaqlanması ilə bağlı şikayət edib. Nazirliyin yerli qurumunun əməkdaşları şikayəti yerində araşdırıblar.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, müxtəlif sahələrdə qalaqlandığı, daşınmadığı və bu səbəbdən ətrafa kəskin qoxunun yayıldığı müəyyən edilib.

Faktla bağlı Xoşbulaq Bələdiyyəsinin sədri Rasim Allahverdiyev barəsində protokol tərtib olunub. O, vəzifəli şəxs qismində inzibati qaydada 3000 manat məbləğində cərimə edilib. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması, gələcəkdə belə hallara yol verilməməsi üçün ona icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Eyni zamanda, Xoşbulaq kəndi ərazisində tullantıların idarə olunmasında aşkar olunan pozuntuların aradan qaldırılması məqsədilə zəruri tədbirlərin görülməsi üçün Daşkəsən Rayon İcra Hakimiyyətinə müraciət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.