MƏDƏNİYYƏT
Daşkəsən rayonunda qış turizminin inkişafı üçün yeni layihə hazırlanmışdır
Bakı, 2 mart (AZƏRTAC). Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan edilməsi bu sahənin infrastrukturunun, o cümlədən ölkəmiz üçün yeni olan turizm sahələrinin inkişafına təkan verəcəkdir. Bu mənada Qusar rayonu ərazisində inşası uğurla davam etdirilən Şahdağ qış-yay turizm kompleksi geniş perspektivlər vəd edir. Kompleksin fəaliyyətə başlaması ölkəmizdə qış turizminin inkişafına və daha kütləvi xarakter almasına zəmin yaradacaqdır.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bu günlərdə daha bir regionda - Daşkəsən rayonunda qış turizminin inkişafı üçün yeni layihə hazırlanmışdır.
Dəniz səviyyəsindən 1600-1800 metr yüksəklikdə yerləşən Daşkəsəndə qış turizminin inkişafı üçün geniş imkanlar vardır. Murovdağın ətəklərində yerləşən rayonda qışın şaxtalı keçməsi qış mövsümündə dağlıq ərazidə dincəlmək istəyən turistləri özünə cəlb edə bilər. Bu da, şübhəsiz, rayonun iqtisadi inkişafına müsbət təsir göstərən amillərdən ən əsasıdır. Yeni layihə də məhz bu amillər nəzərə alınaraq hazırlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.11.2023 [16:59]
Roma tətilləri: şopinq xüsusiyyətləri
- 29.08.2023 [10:59]
Göllər diyarının cazibədarlığı
- 29.08.2023 [00:26]
Rusiyadan Azərbaycana turist axını 4 dəfə artıb
- 25.08.2023 [14:40]
Qazaxıstanın gəzməli-görməli məkanları - qədim və müasir Çimkənd VİDEO
- 24.08.2023 [10:20]
“MasterChef Türkiye” növbəti verilişini Azərbaycana həsr edib
- 23.08.2023 [15:27]
Şahdağda motosiklet festivalı təşkil edilib
- 22.08.2023 [14:08]
Zalsburq: turistləri buraya cəlb edən nədir?
- 17.08.2023 [17:32]
“Bu il Türkiyənin turizm sektorunda bahalaşma qeydə alınıb” – açıqlama
- 05.08.2023 [10:52]