REGİONLAR


Daşkəsən rayonunda son altı ildə 7 məktəb binası tikilib

Daşkəsən, 13 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın hər bir yerində olduğu kimi, ucqar dağ rayonu olan Daşkəsəndə də təhsilin inkişafı, onun infrastrukturunun müasirləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlər üçün normal iş şəraitinin yaradılması, onların maddi rifah halının yaxşılaşdırılması, eləcə də şagirdlərin əlverişli təhsil mühiti ilə əhatə olunması daim diqqətdə saxlanılır. Son 6 ildə rayonun Quşçu, Əmirvar, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən yeni ümumtəhsil məktəbləri tikilib istifadəyə verilib, bir çox təhsil müəssisəsi isə əsaslı və cari təmir edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Daşkəsən rayonunda keçirilən təhsil işçilərinin ənənəvi sentyabr konfransında məlumat verilib.

Bildirilib ki, hazırda Daşkəsən rayonunda 42 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərindən 26-sı tam orta, 14-ü ümumi orta, 2-si isə ibtidai məktəbdir.

Ümumilikdə rayon üzrə təhsil müəssisələrində 580 müəllim 3 mindən çox şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Şagirdlərin təhsilə cəlb olunması, onların dərsliklərlə təminatı işi rayon icra hakimiyyəti və rayon təhsil şöbəsi tərəfindən daim diqqətdə saxlanılır.

Konfransda ötən dərs ilinin yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.