REGİONLAR
Daşkəsən şəhərinin küçələrində gücləndirilmiş dezinfeksiya işləri aparılıb
Daşkəsən, 1 iyul, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın bütün bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da xüsusi karantin rejimi dövründə rayon ərazisində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə çərçivəsində kompleks tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən səhər saatlarından Daşkəsən şəhərinin əsas küçə və prospektlərində kommunal təsərrüfat xidmətlərinin texnikası və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri həyata keçirilib.
Gün ərzində əməkdaşlar tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, meydanlarda, ticarət obyektlərinin qarşısında tibbi-profilaktik işlər aparılıb.
Dezinfeksiya işləri Daşkəsən şəhərinin mərkəzi küçələri ilə yanaşı, rayonun digər qəsəbə və kəndlərində də aparılacaq.
Eyni zamanda, mobil qrupların və könüllülərin yaxından dəstəyi ilə xüsusi qrafikə uyğun olaraq yaşayış binalarında, həyət və məhəllələrdə, məişət tullantılarının atıldığı konteynerlər və çalalarda tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilib.