REGİONLAR


Daşkəsəndə 1775 hektarda yazlıq əkin aparılıb

Daşkəsən, 14 iyun, Rauf Hacıyev, AZƏRTAC

Daşkəsən rayonunda yazlıq bitkilərin əkini yekunlaşıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2019-cu ilin məhsulu üçün rayonda 146 hektar yazlıq buğda, 85 hektar yazlıq arpa, 62 hektar lobya, 1222 hektar kartof, 100 hektar tərəvəz, 160 hektar isə birillik ot əkilib. Əkilən 100 hektar tərəvəzin 60 hektarı kələm, 40 hektarını isə göyərti təşkil edib.

Bundan əlavə, ötən ilin payızında da 2019-cu ilin məhsulu üçün 174 hektarda buğda, 25 hektarda isə arpa səpini aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.