CƏMİYYƏT


Daşkəsəndə ekoloji qanunvericiliyin tələblərini pozan şəxs cərimələnib

Bakı, 22 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, reyd zamanı Daşkəsən rayonu Zağalı kəndi ərazisinə heyvandarlıq təsərrüfatında əmələ gələn tullantıların atıldığı və ətrafa iy-qoxunun yayıldığı aşkar edilib.

Araşdırma zamanı tullantıların Daşkəsən rayon sakini Rizvan Süleymanov tərəfindən atıldığı müəyyən olunub və faktla bağlı protokol tərtib edilib. Qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 500 manat məbləğində cərimə olunub. Tullantıların ərazidən təmizlənməsi üçün R.Süleymanova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.