REGİONLAR


Daşkəsəndə muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 28,3 faiz artıb

Daşkəsən, 12 avqust, Elcan Məmmədov, AZƏRTAC

Cari il iyulun 1-i vəziyyətinə Daşkəsən rayonunda muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 73 nəfər və ya 1,7 faiz artaraq 4 min 395 nəfər olub, onlardan 3 min 627 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 768 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Rayonun Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, muzdla işləyənlərin 36,1 faizi təhsil, 20,8 faizi sənaye, 14,4 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 9,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 6 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 5,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 2,3 faizi tikinti, 1,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Rayonda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,3 faiz artaraq 858,5 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, emal sənayesi, maliyyə və sığorta fəaliyyəti, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.