REGİONLAR


Daşkəsəndə şəhid ailələrinə Ramazan sovqatı paylanılıb

Bakı, 11 may, AZƏRTAC

Mayın 10-11-də Daşkəsəndə Vətən müharibəsində şəhid olmuş döyüşçülərin ailələri ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, şəhidlərin ailə üzvləri Ramazan bayramı münasibətilə təbrik edilib, onlara ərzaq bağlaması verilib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən görüşlərdə bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürlər.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.