CƏMİYYƏT


Daşkəsəndə tütünçəkmə və narkomaniyaya qarşı maarifləndirici təşviqat aksiyası keçirilib

Bakı, 21 iyun, AZƏRTAC

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə əhali üçün maarifləndirici təşviqat aksiyası keçirilib. Yerli sakinlərin və gənclərin fəal iştirak etdiyi aksiyanın məqsədi tütünçəkmə və narkomaniya ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı olub.

AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla bildirir ki, Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilən aksiyada iştirakçılara sağlam həyat tərzi seçmək, zərərli vərdişlərdən uzaq olmaq tövsiyə edilib.

Tədbir zamanı təşkilatçılar tərəfindən vurğulanıb ki, narkotik maddələr tələdir, bu tələyə düşən gəncin oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Eyni zamanda, iştirakçılara tütünçəkmənin fəsadları barədə məlumat verilib, onlara Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil tətbiqindən və tütündən imtina üzrə “Qaynar xətt”dən faydalanmaq tövsiyə olunub.

Aksiyada “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkilib, İSİM tərəfindən hazırlanaraq nəşr edilən maarifləndirici materiallar paylanılıb.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.