Daşkəsəndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib
AzerTAg.az
Daşkəsən, 10 may, Elcan Məmmədov, AZƏRTAC
Daşkəsəndə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib.
Rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon icra hakimiyyətinin əməkdaşları, ərazi icra nümayəndələri, gün ərzində rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatları, çoxsaylı YAP üzvləri, şəhid anaları, qazilər, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Daşkəsən rayon Heydər Əliyev Mərkəzi ziyarət edilərək, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirilib.


Xəbərin mətnində orfoqrafik səhv var