REGİONLAR


Daşkəsəndə yaradılmış “Günərzi Qayğı Mərkəzi”nə 30 uşaq cəlb edilib

Daşkəsən, 25 fevral, Rauf Hacıyev, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən icra olunan müvafiq layihə çərçivəsində ötən il Daşkəsən rayonunda da “Günərzi Qayğı Mərkəzi” yaradılıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Günərzi Qayğı Mərkəzi”ndə məktəb yaşlı uşaqlardan ibarət iki qrup formalaşdırılıb.

Mərkəzə tək valideynli, hər iki valideynini itirmiş və genişlənmiş ailənin himayəsində olan uşaqlar və təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud 30 uşaq cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.