Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşlarda elə informasiyalar var ki, onları silmək mümkün deyil - Xudavəng monastır kompleksi

Bakı, 5 dekabr, AZƏRTAC

Kəlbəcərin Vəng kəndində yerləşən Xudavəng məbəd kompleksi Azərbaycan xalqının əcdadlarının dini etiqadından və əsrlərboyu məruz qaldığı istilalara rəğmən tolerant davranışından xəbər verir. Daş kitabələrdə yazılan Arzu xatun, Tursun, Həsən, Şəms, Altun, Qaragöz və bizim üçün doğma olan digər adlar bu abidə kompleksini ucaldanların etnik mənsubiyyətinin göstəricilərindən biridir.

Azərbaycana 200 il əvvəl köçürülmüş ermənilər xalqımıza məxsus dini, tarixi-mədəniyyət abidələrini öz adlarına çıxmaq üçün hər cür saxtakarlığa əl atıb, buna bütün dövrlərdə aramsız cəhdlər göstəriblər. Kəlbəcərdəki Xudavəng monastırı da bu qəbildəndir.

Dağlar qoynunda yerləşən məbədin tarixinə keçməzdən əvvəl Azərbaycan Alban-udi dini icmasının nümayəndələrinin bu monastır kompleksinə dekabrın 4-də tarixi ziyarətini xatırlatmaq istərdik. İcma nümayəndələri soyuq qış günündə Qəbələnin Nic kəndindən təxminən 400 kilometr məsafə qət edərək, Murovun qarlı dağ yollarını aşaraq tarixi bir gün yaşadılar. Doğma Qarabağımızı, eləcə də onun dilbər guşələrindən biri olan Kəlbəcəri düşmən tapdağından azad edən Vətən müharibəsi şəhidlərinin ruhuna burada dualar oxudular. Udi dilində liturgiya səsləndi, kilsədə şamlar yandırıldı. Bunun çox böyük rəmzi mənası var.

Bu səfərdə AZƏRTAC-ın müxbirləri də iştirak edirdilər. Otuz ildən sonra Xudavəngin görüntülərini əks etdirən fotolar ilk dəfə olaraq AZƏRTAC-ın saytında yayımlandı - gözlər önündə möhtəşəm bir mənzərə canlandı.

Azərbaycan Alban-udi dini icmasının sədri Robert Mobili ziyarət zamanı dedi ki, Xudavəng məbədi həm tarixən, həm də memarlıq üslubu baxımından tamamilə Alban Apostol Kilsəsinə məxsusdur. Ermənilərin burada etdiyi saxtakarlıqlar monastırın giriş qapısındakı erməni xaçkarlarından və daxildəki bir çox müasir xaç elementlərindən aydın şəkildə görünür.

Vəng ziyarətinin ertəsi günü Robert Mobili ilə telefon əlaqəsi saxlayıb təəssüratları ilə maraqlandıq. Robert ixtisasca geoloqdur, ilahiyyatın incəliklərini də yaxşı bilir. Sovet dövründə geoloq işlədiyi illərdə Kəlbəcər dağlarını piyada gəzib-dolaşıb. Deyir ki, az qala bu dağlardakı hər daşa, ağaca bələddir. İndi isə bura gələndə sanki başqa dağlar gördü. Ermənilər hətta ağacları kəsib aparıblar. İmkanları olsa, daşları da daşıyıb aparardılar.

“Bu, mənim gənclik illərimdə gördüyüm Kəlbəcər deyildi. Xudavəngə çatanadək yolumuzun üstündə dağılmış iki alban məbədi gördük. Kəlbəcərdə müharibə getməyib ki, desinlər mərmi düşüb. Bu mənzərə ermənilərin tarixi abidələrə münasibətinin əyani göstəricisidir. Xudavəng monastır kompleksində ilk dəfə idi olurdum. İndiyədək onu yalnız şəkillərdə görmüşdüm. Geoloq olduğumdan, ilk növbədə, diqqətimi daşlar cəlb etdi. Daşlarda elə informasiyalar var ki, nə qədər çalışsan da, onları silə bilməzsən. İndi elm elə inkişaf edib ki, daşın yaşını müəyyənləşdirmək, qumun tərkibini analiz edib onun hansı dövrə aid olduğunu, nəyin həqiqi, nəyin saxta olduğunu asanlıqla ayırd etmək mümkündür. Əminliklə deyə bilərəm ki, belə bir analiz aparılarsa, kilsəyə sonradan qoyulan daşların, xaçların tarixinin 200 ildən uzağa getmədiyi, bəlkə də elə 1993-cü ildən sonraya aid olduğu aşkarlanacaq. Halbuki Xudavəngin yaşı 1000 ildən çoxdur. Kilsənin içərisində harada boş yer var erməni xaçı yapışdırıblar. Hətta onların yaxınlıqda sexləri var, deyəsən elə bir ucdan xaç düzəldirlər. Divarda böyük bir daşı çıxarıb yerinə xaç qoyublar.

Bu torpağın, daşların, ağacların yaralarını sağaltmaq üçün vaxt lazımdır. Amma Prezidentimizin dediyi kimi, biz bunu edəcəyik. İşğaldan azad olunmuş torpaqlarımızda erməni vandallarının dağıtdığı bütün dini abidələrimiz də bərpa ediləcək, - deyə Robert Mobili əminliyini ifadə etdi.

Xudavəng monastırının tarixi ilə bağlı bəzi araşdırmaları, tarixçi alimlərimizin maraqlı mülahizələrini nəzərdən keçirdik. XII əsrdə yaşamış tarixçi Mxitar Qoş bu məbədin əsasının eramızın ilk əsrlərində missionerlərin Qafqaz Albaniyasında təbliğatla məşğul olduqları dövrdə qoyulduğunu qeyd edirdi. Məlumatlara görə, kompleksin ən erkən tikilisi olan bazilika (dini əhəmiyyət daşımayan toplantı yeri) İsa Məsihin həvarisi müqəddəs Faddeyin göstərişi ilə xristianlığı təbliğ etmək üçün gəlmiş Dadinin məzarı üzərində VIII əsrdə inşa edilmişdi. Bu monastır Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərindən biri hesab olunur.

1993-cü ildə Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edildikdən sonra ölkəmizdə yaşayan qədim xristian etnik icmalar monastırı ziyarət etməkdən məhrum oldular. Ermənilər isə Xudavəngi dünyaya öz məbədləri kimi təqdim edir, bunu tikiliyə sonradan əlavə etdikləri xaç elementlərlə əsaslandırmağa çalışırdılar.

Xudavəngin memarlıq xüsusiyyətlərini tədqiq etmiş professor Gülçöhrə Məmmədova onun Azərbaycan ərazisində ən böyük monastır kompleksi olduğunu bildirir. Kompleksə dini və dünyəvi xarakter daşıyan müxtəlif ölçülü və dizayna malik ondan çox tikili daxildir. Onların ən qədimi - bazilikanın maraqlı xüsusiyyətlərindən biri əsas altarın yanlarında yerləşən əlavə məkanlardır. Bu məkanlar Qafqaz Albaniyası memarlığında məbəd inşasının özünəməxsus ənənələrini yaşadır.

Tarixçi-alim, professor İbrahim Zeynalov Kəlbəcərin işğaldan azad olunması ərəfəsində AZƏRTAC-a müsahibəsində deyib ki, monastır kompleksində əsas yer tutan Arzu xatun kilsəsi alban memarlığının ən qiymətli nümunələrindən biridir. İki barelyefli kilsənin şərq divarında knyaz və müqəddəs adam, cənub divarında əllərində məbədin modelini saxlayan iki knyaz təsvir olunur. Kompleksə daxil olan digər tikilinin - İgid Həsən məbədinin divarında isə onun 1182-ci ildə inşa edildiyini təsdiqləyən kitabə var. 1224-cü ildə kompleksə əlavə edilmiş böyük tikilidə zadəgan nəslinin ailə üzvləri dəfn olunub. Alimlərin fikrincə, kompleksin tikintisi XIII əsrdə tamamlanıb. Çar Rusiyası dövründə, sovet hakimiyyəti illərində yaşanmış çətinliklərə baxmayaraq, Azərbaycan ərazisindəki bütün dini abidələr, o cümlədən Xudavəng monastırı qorunub saxlanılırdı. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra isə müxtəlif dinlərə məxsus ibadət məkanlarına xüsusi diqqət və qayğı ilə yanaşılır.

Qeydlərimizi Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad edilməsi ilə əlaqədar xalqa müraciətində alban kilsələri barədə dediyi bu fikirlərlə tamamlamaq istədik: “Tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar. Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elm ictimaiyyətinə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq. Mən bu kilsələrdə dəfələrlə olmuşam, Şəki şəhərində, Qəbələ rayonunda, Udi kilsəsində. Bildiyiniz kimi, müharibə dövründə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nic qəsəbəsində qədim Udi Qafqaz Albaniyası kilsəsinin təmir işləri yekunlaşdı və bu kilsənin açılışı oldu. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq. Ona görə, heç kim narahat olmasın. Bu kilsələr bundan sonra da dövlət tərəfindən qorunacaq”.

Xudavəng monastır kompleksi tarixin daşlaşmış yaddaşıdır. Robert Mobilinin dediyi kimi, daşlarda elə informasiyalar var ki, ermənilər və onların fransalı havadarları nə qədər çalışsalar da o informasiyaları silə bilməzlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bitki mənşəli qidalarla qidalanma diabetli yetkinlərdə çəki azalmasına səbəb olur - TƏDQİQAT

Nigar Arpadarai: Panamanın zəngin biomüxtəlifliyi onu iqlim dialoqunda güclü səsə çevirir

Moskvada Azərbaycanın İkinci Dünya müharibəsində verdiyi töhfədən bəhs edən kitabın təqdimatı keçirilib

Zaqatalada avtomobil piyadanı vurub

Ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Novak Cokoviç karyerasında 100-cü titul uğrunda qüvvəsini sınayacaq

Ukrayna Baş Qərargahı Rusiyanın hərbi zavoduna zərbə endirildiyini təsdiqləyib

Hamburq dəmir yolu vağzalında törədilən bıçaqlı hücum heç bir siyasi motivə əsaslanmır

“Napoli” İtaliya çempionu olub

Avroliqada ikinci finalçı bəlli olub

Tovuzda minik avtomobili traktora çırpılıb, xəsarət alan var

Tbilisidə Azərbaycan və Türkmənistan xalçalarının sərgisi açılıb

Elvin Əlizadə: Məşqçilərin verdiyi bütün tapşırıqları lazımi səviyyədə yerinə yetirdik və qələbə qazandıq

Haaqada Azərbaycan mədəniyyətinə həsr edilmiş tədbir keçirilib

Sankt-Peterburqda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub

Orlov vilayətində helikopter qəzaya uğrayıb

Ukrayna və Rusiya arasında “1000-in 1000-ə” formatında əsir mübadiləsinin ilk mərhələsi reallaşıb

Hamburq dəmir yolu vağzalında bıçaqlı hücum nəticəsində xəsarət alanlar var

Dünya çempionatı: Azərbaycan minifutbol millisi Sloveniyanı darmadağın edib

ADMİU ilə Temirbek Jürgenov adına Qazax Milli İncəsənət Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

30 və 32 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdirilir

Tat-evi monastırının qaranlıq tarixi

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib VİDEO

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin Azərbaycan ərazilərinin işğalında iştirakını sübut edən yeni material məhkəmədə tədqiq edilib VİDEO

Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Bakıda Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib VİDEO

Avroliqa: “Fənərbağça” finala vəsiqə qazanıb

AQUPDK yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Adanada Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi yolları müzakirə olunub

İnfluenserlər və bloqerlər hansı qaydalara əməl etməli olacaqlar? VİDEO

İnfluenserlər və bloqerlər hansı qaydalara əməl etməli olacaqlar? VİDEO

Azərbaycan nümayəndə heyəti Kubada bir sıra görüşlər keçirib

UNEC-in 95 illik yubileyi kontekstində xarici dillərin tədrisində strateji uğurlar

Naxçıvanda may ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin daxili işlər nazirlərinin növbəti iclası keçirilib

“Biz Heydər Əliyev məktəbini öyrənirik” adlı maarifləndirici tədbir keçirilib

Rumıniya mediası: Azərbaycanla əməkdaşlıq sayəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyində əsas dayaqlardan birinə çevrilir

Misirin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

İordaniya mətbuatında Qərbi Azərbaycan irsi haqqında məqalə dərc edilib

Bakıda Maliyyə İnvestisiya Forumu keçirilib

Arayik Harutyunyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırıb

Müəllimlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə sınaq imtahanı keçirilir

Həqiqətin matrisası və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı - Məqalə

“Kitabxana-informasiya texnologiyalarının inkişafında müasir tendensiyalar” - konfrans

“Cinayət yolu ilə əldə edilmiş ƏL/TMM-də nəzarət orqanlarının rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib

Mərakeşdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində konsert proqramı təşkil olunub

Milli Məclisin plenar iclasında daha 13 məsələ müzakirə olunub YENİLƏNİB  VİDEO

Milli Məclisin plenar iclasında daha 13 məsələ müzakirə olunub YENİLƏNİB VİDEO

“Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

Əlaqələndirmə Qərargahının növbəti iclası Ağdam şəhərində keçirilib

Ali məktəb tələbələri arasında III Respublika Olimpiadasının qalibləri mükafatlandırılıb

Bakının iki küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sankt-Peterburqda Xəzər dənizinin səviyyəsinin enməsi və regional ekoloji əməkdaşlıq məsələləri müzakirə olunub

Prezident Kitabxanasının direktoru elmi konfransda çıxış edib

Azərbaycan - Türkiyə hərbi əməkdaşlığı genişləndirilir

Naxçıvanda daha iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Köhnə avtomobillər burada utilizasiya edilir -  REPORTAJ  VİDEO

Köhnə avtomobillər burada utilizasiya edilir - REPORTAJ VİDEO

Laçında "Konstitusiya və Suverenlik İli"nə həsr olunan idman yarışlarının qalibləri müəyyənləşib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 3 sentyabr tarixli Q21-001-12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Qərarı

Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana təhvil verilib

“Cawa Media” agentliyi Bakıda minifutbol üzrə dünya çempionatının açılışından yazıb

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

® “A-Solutions EPT”nin baş icraçı direktoru “M360 Eurasia 2025”də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb

Qarabağda keçirilən “Gənc Mütəxəssislərin Peşə Ustalığı” yarışları başa çatıb

Möminə xatun türbəsinin bərpası tarixi abidənin gələcək nəsillərə ötürülməsi baxımından böyük önəm daşıyır - ŞƏRH

TDT-nin qeyri-rəsmi Zirvə görüşü yeni inteqrasiya mərhələsinin təməlidir ŞƏRH

Audiovizual məhsulların istehsalı və yayımı üzrə növbəti müsabiqə elan edilib

Audiovizual Şura Jurnalistika fakültəsinin tələbələri üçün seminar təşkil edib

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin iyun ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb

Brüssel Macarıstanın razılığı olmadan da Ukraynanın Aİ-yə üzvlüyü üzrə danışıqlara başlamağı planlaşdırır

Naxçıvanda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib

BSU-nun rektoru XII Beynəlxalq Asiya Konqresinin açılış mərasimində çıxış edib

Bakı və Sumqayıtda attestasiya proqramı çərçivəsində görüşlər davam edir

Aİ Şurası Macarıstanın səsvermə hüququndan məhrum edilməsini müzakirə edəcək

Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb

Belçikalıların Kralı Filipdən

Yeni cihaz hava-damcı infeksiyalarının əlamətlərini müəyyən edir

AHİTA və Velosiped İdmanı Federasiyası əməkdaşlığı gücləndirir

Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə Vyanada rəsmi qəbul keçirilib

Gəncədə keçirilən “Heydər Əliyev məktəbi” layihəsi başa çatıb

Urumçidə ŞƏT ölkələrinin Media Əməkdaşlığı Forumu açılıb

AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı

Soydaşımız Brevard Musiqi Müəllimləri Assosiasiyasının prezidenti seçilib

Azərbaycan və İtaliya XTQ mənsubları görüşüblər

Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

Azərbaycan millisinin baş məşqçisi: Avroliqada “Fənərbağça” – “Monako” finalının olacağını gözləyirəm

Saymon Stil: Yeni İqlim həftələri niyyətlərin reallaşdırılmasına keçid məqsədi daşıyır

Almaniyada mənzil tikintisinin sürətləndirilməsi planı açıqlanıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə

Rayonlarda hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Dövlət Məşğulluq Agentliyi daha 300-dən çox şəxsi peşə kurslarına cəlb edib

“Anadolu Ankası – 2025” təlimi başa çatıb VİDEO

“Anadolu Ankası – 2025” təlimi başa çatıb VİDEO

Şirvan şəhərində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı istiqamətində bir sıra işlər icra olunub

Qloballaşan təhsil siyasətinə baxış: sərt faktlarla yumşaq idarəetmə və bilik iqtisadiyyatı - seminar

Pianoçu İslam Manafov: Ölkəmizin irsini və mədəniyyətini təbliğ etmək hər bir azərbaycanlının borcudur

Azərbaycandan xarici bazarlara pomidor ixracı 15,3 faiz artıb

Tramp “Apple” şirkətindən “iPhone” istehsalını ABŞ-a köçürməyi tələb edib

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə bağlı layihələr müzakirə olunub

FHN Yevlax, Zərdab və Goranboyda seminar-müşavirələr keçirib