Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Daşqın Şikarov: “Dubay Ekspo 2020”də Azərbaycan pavilyonu ən nümunəvi pavilyonlardan biri olacaq

Daşqın Şikarov: “Dubay Ekspo 2020”də Azərbaycan pavilyonu ən nümunəvi pavilyonlardan biri olacaq

Əbu-Dabi, 4 oktyabr, AZƏRTAC

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarov AZƏRTAC-a müsahibəsində ölkəmizlə BƏƏ arasındakı siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın bugünkü səviyyəsi, Azərbaycanın Dubayda Ticarət Evinin açılması, ölkəmizin “Dubay Ekspo 2020”də iştirakı və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti barədə fikirlərini bölüşüb.

- Cənab səfir, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qarşılıqlı anlaşmaya və etimada əsaslanan yüksək səviyyəli münasibətlər mövcuddur. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatda sıx əməkdaşlıq, yüksək səviyyəli siyasi dialoqun mövcudluğu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək sözügedən əlaqələri təşkil edən amillərdəndir. Mütəmadi xarakter daşıyan müxtəlif səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası komissiya çərçivəsində, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizmi dost ölkələrimiz arasında diplomatik əlaqələrin inkişafına xidmət edir. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BƏƏ-yə səfəri və səfər çərçivəsində Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd Bin Zayed əl Nəhyanla görüşü ölkələrimiz arasında əlaqələrin inkişafına təkan vermişdir. Qeyd olunmalıdır ki, yüksək səviyyəli dövlət rəsmilərinin səfərləri, eyni zamanda, qeyri-dövlət təşkilatları, biznes dairələri arasında görüşlər ölkələrimizin əməkdaşlıq münasibətlərinin inkişafı, gündəlikdə duran məsələlərin müzakirəsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumilikdə vurğulanmalıdır ki, Azərbaycan ilə BƏƏ arasında münasibətlərin bütün sahələrdə, o cümlədən siyasi, diplomatik, iqtisadi, ticarət, humanitar istiqamətlərdə inkişafı üçün böyük potensial mövcuddur. Həmin sahələr üzrə əlaqələrin inkişaf etdirilməsi istiqamətində bütün mövcud mexanizmlərdən istifadə edilir, əməkdaşlıq platformasına yeni seqmentlər cəlb olunur.

-Ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı, xüsusilə də bu yaxınlarda Dubayda açılması nəzərdə tutulan Azərbaycan Ticarət Evinin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

-Qeyd etdiyim kimi, ölkələrimiz arasında əlaqələr bütün istiqamətlərdə, o cümlədən iqtisadi müstəvidə müsbət dinamika ilə inkişaf edir. İqtisadi sahəyə aid dövlət qurumları, iş adamları və şirkətlər arasında təmaslar, qarşılıqlı investisiyalar, ticarətin genişlənməsi, turizm sektorunun inkişafı, beynəlxalq tədbirlərdə iştirak ikitərəfli iqtisadi əlaqələrin intensivliyinin göstəricilərindəndir. Azərbaycanın və BƏƏ-nin iş adamları arasında Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında İqtisadi, Ticarət və Texniki əməkdaşlıq üzrə Birgə Komissiya sözügedən sektorun formalaşması və genişlənməsi, əlaqələrin strukturlaşması üçün vacib bir mexanizm hesab olunur. Komissiyanın növbəti iclasının cari ilin sonunadək Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.

Onu da qeyd etmək lazımdır ki, 2017-ci ildə Azərbaycan Respublikasının BƏƏ-də ticarət nümayəndəliyinin ofisi açılmış və beynəlxalq iqtisadi münasibətlər sahəsində böyük təcrübəyə malik Elnur Əliyev Azərbaycanın BƏƏ-dəki ticarət nümayəndəsi təyin olunmuşdur. Şübhəsiz ki, ticarət nümayəndəliyinin açılması ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafına təkan verən yeni amillərdən biri olmuşdur. Səfirliyin və nümayəndəliyin birgə fəaliyyəti nəticəsində cari ilin noyabr ayında ölkəmizdə istehsal olunan malları təşviq edən Ticarət Evinin açılması planlaşdırılır. Dubay şəhərinin mərkəzində, məşhur Bürc əl-Ərəb oteli yaxınlığında yerləşən Ticarət Evində Azərbaycan Respublikasının ticarət nümayəndəliyi, Azərbaycan istehsalı olan məhsulların satışı, nümayişi və marketinqi mərkəzi, həmçinin Azərbaycan mətbəxinin bu ölkədə daha da tanıdılması və burada yaşayan azərbaycanlı icmanın tez-tez toplaşmasına şərait yaratmaq məqsədilə “Azərbaycan Evi” adlı restoran və kafe fəaliyyət göstərəcək.

- Hazırda Azərbaycan ilə Əmirlik arasındakı ticarət mübadiləsi hansı səviyyədədir, artım varmı?

- Məmnuniyyətlə bildirmək istərdim ki, böyük potensiala malik olan Azərbaycan-BƏƏ iqtisadi əlaqələri 2017-ci il ərzində sürətlə inkişaf edib. Dubay Ticarət Palatası 2017-ci ilin göstəricilərinə görə, ölkələrimiz arasında ticarət dövriyyəsinin 221 milyon ABŞ dolları təşkil etdiyini açıqlamışdır ki, bu da 2016-cı illə müqayisədə 3,5 dəfə çoxdur. Ticarət mübadiləsinin artmasına səbəb olan amillər arasında Azərbaycan Respublikası Prezidentinin qeyri-neft sektorunun inkişafı strategiyası çərçivəsində BƏƏ-nin Azərbaycanda istehsal olunan mallar üçün prioritet bazar kimi müəyyən edilməsi, bununla əlaqədar bu ölkəyə təşkil edilən ticarət missiyaları, beynəlxalq sərgi, tədbir və festivallarda iştirak, həmçinin böyük turist axınını göstərmək olar. Azərbaycanın Ticarət evlərindən birinin də BƏƏ-də açılması bu işlərin daha yüksək nəticələr verəcəyini deməyə əsas yaradır.

-Artıq bir neçə müddətdir ki, BƏƏ-nin iri ticarət mərkəzlərində Azərbaycan məhsullarının satışı təşkil olunub. “Made in Azərbaijan” brendinin təşviqi ilə əlaqədar daha hansı tədbirlər görülməkdədir?

- Məlumdur ki, Azərbaycan iqtisadiyyatının qeyri-neft sahələri arasında kənd təsərrüfatı xüsusi paya malikdir. BƏƏ-nin əksər kənd təsərrüfatı məhsullarını müxtəlif ölkələrdən idxal etdiyini, Körfəz ölkələrinin bu məhsullara olan tələbatının böyük hissəsinin BƏƏ ərazisindən idxal olunduğunu nəzərə alaraq, Əmirlik ölkəmiz üçün hədəf bazarlardan biri kimi müəyyən edilib. Hazırda ölkəmizin kənd təsərrüfatı məhsullarının bu bazarda daha da tanıdılması, istehsalın bu bazarın standartlarına uyğunlaşdırılması istiqamətində işlər aparılır.

Son iki il ərzində Azərbaycan istehsalı olan məhsullar Dubayda hər il keçirilən və dünyanın ən böyük beynəlxalq kənd təsərrüfatı malları sərgisi olan “Gulfood” və “WOP” sərgilərində, “İslam Həmrəyliyi İli – istiqamət Azərbaycan” şüarı altında Əbu-Dabinin ən möhtəşəm “Emirates Palace” mehmanxanasında təşkil olunmuş Azərbaycan mədəniyyəti, incəsənəti, turizmi və məhsulları sərgisində, BƏƏ-nin qurucusu Şeyx Zayedin adını daşıyan və hər il iki ay ərzində yüz minlərlə ziyarətçi qəbul edən “Şeyx Zayed İrsi” festivalında təşkil olunmuş Azərbaycan pavilyonunda, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar keçirilmiş mərasimdə iştirakçıların böyük marağına səbəb olub, nəticədə Azərbaycan məhsullarının ixracı ilə bağlı BƏƏ və regionun digər ölkələrinin şirkətləri ilə razılıqlar əldə edilib.

Sevindirici haldır ki, BƏƏ-də fəaliyyət göstərən ticarət şəbəkələrində Azərbaycan istehsalı olan məhsulların satışının həcmi artıb. Hazırda bu halın davamlılığının təmin edilməsi və bu ölkədə məhsullarımızın sayının artırılması istiqamətində iş aparılır. Bu məqsədlə keçirilən tədbirlərlə yanaşı, səfirlik tərəfindən Azərbaycan məhsulları və onların istehsalçıları barədə mütəmadi olaraq məlumatlar BƏƏ-nin əsas idxalçı şirkətləri arasında yayılır.

Azərbaycan regionun ticarət, turizm və maliyyə mərkəzi hesab olunan Dubay şəhərinə mütəmadi ticarət missiyaları təşkil edir. Bu missiyalar çərçivəsində Azərbaycan məhsullarının tanıdılması və ixracı istiqamətində danışıqlar aparılır. Lakin biz Dubayla yanaşı, digər əmirliklərlə də əməkdaşlıq üçün potensial görürük. Odur ki, bu imkanlardan istifadə etmək məqsədilə növbəti ticarət missiyasının cari ilin sonunadək Əbu-Dabi və Şərca əmirliklərinə təşkil olunması istiqamətində iş aparılır.

-Son illər BƏƏ-nin iş adamlarının və sərmayədarların ölkəmizə marağının artdığını demək mümkündürmü?

-Azərbaycanda milli iqtisadiyyatın inkişafı məqsədilə həyata keçirilən strategiya nəticəsində ölkə iqtisadiyyatının liberallaşması, mövcud hüquqi-normativ baza və digər amillər ölkəmizdə cəlbedici investisiya mühiti yaradıb. Məlumatlara əsasən bir sıra Körfəz ölkələrindən olan sərmayədarlar Azərbaycanda inşaat və daşınmaz əmlak sahəsinə sərmayə yatırır. Məlum olduğu kimi, BƏƏ kənd təsərrüfatı və ərzaq məhsullarının böyük əksəriyyətini idxal edir. Bununla yanaşı, Körfəz ölkələrinin idxal etdiyi eyni məhsullar da Dubay şəhərinin logistik imkanlarından istifadə edilməklə daşınır. Müxtəlif iqlim qurşaqlarının mövcud olduğu Azərbaycanda bir çox kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün gözəl münbit şərait var. Hazırda məhsullarımız BƏƏ-də sevilir və ərəb turistləri Azərbaycana cəlb edən əsas amillərdən biri də ərzaq və dadlı mətbəximizdir. Bunu nəzərə alaraq səfirlik Azərbaycanda sərmayə imkanlarının təşviqi məqsədilə keçirdiyi görüşlərdə BƏƏ-li investorları ölkəmizdə kənd təsərrüfatı sahəsinə sərmayə yatırmağa və öz kapitalları ilə yetişdirilən məhsulları BƏƏ-yə idxal etməyə təşviq edir. Xam məhsulun BƏƏ-yə daşınaraq buradakı azad ticarət zonalarında, yaxud Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında yaradılmaqda olan azad iqtisadi zonada emal edilməsi və hazır məhsul kimi üçüncü ölkələrə ixracı məqsədilə birgə müəssisələrin yaradılması da perspektivli sahələrdəndir. Eyni zamanda, BƏƏ sərmayədarlarının Bakı ətrafında azad iqtisadi zonaların yaradılmasına Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına, ölkədə yaşayan və səhiyyə sahəsində böyük biznes imkanları olan hindistanlı iş adamlarının Azərbaycanda xəstəxana inşası və işlədilməsi sahəsinə cəlb edilməsi perspektivli görünür. Məhz bu səbəbdən hazırda BƏƏ-nin iş adamları Azərbaycanın daşınmaz əmlak, kənd təsərrüfatı, turizm, qida məhsullarının emalı sahələrinə, həmçinin Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə aid infrastruktur layihələrinin inkişafına maraq göstərirlər.

-Ölkələrimiz arasında birbaşa uçuşların artması Azərbaycan ilə BƏƏ-nin iqtisadi və turizm sahələrindəki əlaqələrinin inkişafına necə təsir göstərir?

- Prezident İlham Əliyevin turizmin inkişafı ilə bağlı siyasəti nəticəsində ölkəmizin turistik cəlbediciliyi daha da artmaqdadır və bu gün on minlərlə BƏƏ-li turist Azərbaycana səfər edir. BƏƏ-dən olan böyük turist axını Azərbaycanın turizm sektorunun və bütövlükdə iqtisadiyyatın inkişafına təkan verir. Rəsmi statistikaya görə, 2017-ci ildə BƏƏ-dən Azərbaycana 106 min 500 nəfər turist səfər edib. Müqayisə üçün, 2015-ci ildə bu rəqəm 2500, 2016-cı ildə isə 68 min 500 nəfər olub. BƏƏ turistlərini Azərbaycana cəlb edən amillər sırasında hər iki xalqın İslam dininə itaət etməsi, aralarında adət-ənənə və mədəniyyət oxşarlıqları, Bakı şəhərinin təkrarolunmaz gözəlliyi və tarixi abidələri, “Şahdağ” Qış-Yay Turizm Kompleksi, Qəbələnin, Şəkinin gözəl təbiəti və yüksək standartlara cavab verən otelləri, Azərbaycan mətbəxinin zənginliyini qeyd etmək olar.

Şübhəsiz ki, ölkələrarası turist mübadiləsinin artmasının əsas səbəblərindən biri də birbaşa hava əlaqəsinin intensivləşməsidir. Belə ki, hazırda “Azərbaycan Hava Yolları” QSC Bakı-Dubay, “Fly Dubai” şirkəti Dubay-Bakı və Dubay-Qəbələ, “Air Arabia” şirkəti isə Şərca-Bakı və Şərca-Qəbələ marşrutları üzrə birbaşa reysləri açıb. 2018-ci ilin mart ayından dünyanın ən yaxşı hava yolları beşliyinə daxil olan “Etihad Airways” şirkəti Əbu-Dabi - Bakı marşrutu üzrə uçuşlara başlayıb. Ölkənin paytaxtı və siyasi mərkəzi olan Əbu-Dabi Əmirliyinin turizm baxımından çox cəlbedici olduğunu, burada yerləşən möhtəşəm Şeyx Zayed məscidi, Luvr muzeyi, “Ferrari World”, “Yas Water World”, “Warner Brothers” kimi əyləncə şəhərcikləri, çimərliklər və müxtəlif seqmentlərdə mehmanxanalar, Formula 1 və digər avtomobil idmanı yarışları, dünya şöhrətli ulduzların konsertləri və sair tədbirlər Əbu-Dabinin turistik baxımdan Dubayla rəqabət aparmasına imkan yaradır. Həmçinin Əbu-Dabinin BƏƏ iqtisadiyyatında böyük rolu var. Yerli ərəblərin əksəriyyətinin yaşadığı bu əmirliyin investisiya imkanları olduqca yüksək qiymətləndirilir. Bunları nəzərə alaraq sözügedən reysin açılmasının iki ölkə arasında turizm əlaqələri ilə yanaşı, ticarət mübadiləsinə də təkan verəcəyini ehtimal etməyə əsas var. Hazırda turizm və iqtisadiyyatın inkişafına təsir imkanları ilə seçilən iki ölkə arasında birbaşa uçuşlar coğrafiyasına Naxçıvan, Gəncə və digər şəhərlərin daxil edilməsi, uçuşlara yeni şirkətlərin cəlb olunması istiqamətində əməli işlər həyata keçirilir.

- Azərbaycan 2020-ci ildə Dubay şəhərində keçiriləcək “Ekspo 2020”də iştirak edəcək. Bu sərgiyə hazırlıq işləri hansı mərhələdədir?

- Məlum olduğu kimi, “Ekspo 2020” və bu tədbirə hazırlıq BƏƏ-nin iqtisadi və ictimai həyatında ən mühüm məsələlərdən hesab olunur. Azərbaycan “Ekspo 2020”də iştirakını rəsmən təsdiq etmiş ilk ölkələrdən biridir. Belə ki, bu barədə Azərbaycan səfirliyinin rəsmi məktubunu “Ekspo 2020”nin icraçı direktoru, BƏƏ-nin dövlət naziri xanım Rim əl Haşimiyə təqdim etmişdim. O tarixdən bu günümüzə qədər Azərbaycanın “Ekspo 2020”də iştirakı ilə bağlı böyük işlər görülüb. Ölkəmizin sərgidə layiqincə təmsil olunmasının təmin edilməsi məqsədilə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Azərbaycanın “Ekspo 2020”də iştirakı üzrə baş komissar təyin olunub. 2017-ci ildə ali komissar və onun başçılıq etdiyi nümayəndə heyətinin sərgi yerinə baxışı və təşkilat komitəsi ilə görüşü təşkil olunub, danışıqlar nəticəsində Azərbaycan pavilyonu üçün yer seçilib. Daha sonra Dubayda beynəlxalq iştirakçılarla görüşündə Azərbaycan pavilyonunun qurulması ilə bağlı müqavilə imzalanıb. Qeyd etmək lazımdır ki, bu görüşdə Azərbaycan tədbirdə iştiraka verdiyi önəmə və operativliyə görə nümunə göstərilib.

Hazırda Azərbaycanın “Ekspo 2020”də iştirakı ilə bağlı təşkilat komitəsi tərəfindən tələb olunan bütün prosedur qaydaları və formal məsələlər başa çatıb. Cari ilin noyabr ayının sonunda keçirilməsi planlaşdırılan növbəti beynəlxalq iştirakçılar görüşündə Azərbaycan pavilyonunun inşası üçün müvafiq işlərə başlamaq məqsədilə məkanın rəsmi şəkildə təhvil verilməsi nəzərdə tutulur. Şübhəsiz ki, Azərbaycanda və ölkə hüdudlarından kənarda keçirilən tədbirlərin təşkilində zəngin təcrübəsi olan Heydər Əliyev Mərkəzinin səyi nəticəsində Azərbaycan pavilyonu “Ekspo 2020”də ən nümunəvi pavilyonlardan biri olacaq.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni futbol ulduzları Bakı kəndlərinin yeniyetmələri arasından çıxacaq

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır