ELM VƏ TƏHSİL


“Data, iqtisadiyyat və inkişaf siyasəti” mikromaster proqramında iştirak etmək üçün test imtahanı başa çatıb

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Dövlət İmtahan Mərkəzi (DİM) “SOCAR Midstream Operations” MMC tərəfindən maliyyələşdirilən və Massaçusets Texnologiya İnstitutu (MİT) “Data, iqtisadiyyat və inkişaf siyasəti” mikromaster proqramında iştirak etmək üçün test imtahanı keçirib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, COVID-19 infeksiyası ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

İmtahan saat 11-də başlanıb və 2 saat davam edib.

Namizədlərə imtahanda 30 riyaziyyat (25 qapalı və 5 açıq tipli), 30 ingilis dili (30 qapalı tipli) olmaqla, ümumilikdə 60 test tapşırığı təqdim olunub.

Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda onun imtahan nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda iştirak etmək üçün 106 nəfər qeydiyyatdan keçib.

İmtahana 42 nəfər gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.