CƏMİYYƏT


Daun sindromu, talassemiya, autizm və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqların iştirakı ilə bayram tədbiri keçirilib

Bakı, 26 dekabr, AZƏRTAC

Binəqədi Rayon İcra Hakimiyyəti, Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı və "FAB Boya və Kimya Sənayesi” MMC- nin birgə təşkilatçılığı ilə Daun sindromu, talassemiya, autizm və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqların iştirakı ilə tədbir keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, “Atrium” əyləncə mərkəzində keçirilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni il bayramlarına həsr edilib.

Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva tədbir iştirakçılarını hər iki bayram münasibətilə təbrik edib, xəstəlikdən əziyyət çəkən uşaqlara göstərilən diqqət və qayğıdan danışıb.

Tədbir müxtəlif əyləncəli şou-proqram və musiqi ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.