CƏMİYYƏT


“Davam” Gənclər Hərəkatı Ümummilli Liderlə bağlı silsilə tədbirlər keçirib

Bakı, 12 may, AZƏRTAC

“Davam” Gənclər Hərəkatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçirilib.

Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, keçirilən tədbirlər çərçivəsində Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən Mingəçevirdə təşkil olunan Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Prezident kuboku” reqatasının ikinci günündə 100-dən çox gəncin iştirak ilə fləş-mob təşkil olunub. Fləş-mob zamanı davamçılar tərəfindən rabitəli düzülüş nəticəsində 99 ədədi formalaşdırılıb.

“Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlının rəhbərliyi ilə hərəkatın katibliyi və 200-dən çox davamçı gənc Fəxri xiyabanı ziyarət edərək Ulu Öndərin məzarı önünə əklil qoyub, əziz xatirəsini ehtiramla anıblar.

Sonra “Davam” Gənclər Hərəkatının mərkəzi ofisində Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş filmin nümayişi olub.

Paralel olaraq tviter sosial media platforması üzərindən “Heydər Əliyev 99” adlı kampaniyaya start verilib. Kampaniya çərçivəsində 200-dən çox gənc #HeydarAliyev, #HeydərƏliyev99, #davam2022 həştəqləri ilə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif tvitlər paylaşıb. Bu tvitlər yarım milyondan çox istifadəçiyə çatıb və həştəqlər Azərbaycan seqmentində tviter gündəmi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.