CƏMİYYƏT


“Davam” Gənclər Hərəkatı anım yürüşü keçirib

Bakı, 27 sentyabr, AZƏRTAC

“Davam” Gənclər Hərəkatı 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlərə start verib.

“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq 300-dən çox davamçının iştirakı ilə anım yürüşü keçirilib.

Yürüşün son nöqtəsi İkinci Şəhidlər xiyabanı olub.

Xiyabanda davamçılar tərəfindən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, onların məzarları önünə Hərəkat adından əklil qoyulub və tər qərənfillər düzülüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondu yürüşün keçirilməsinə dəstək göstərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.