CƏMİYYƏT


“Davam” jurnalının təqdimat mərasimi olub

Bakı, 5 iyul, AZƏRTAC

İyunun 5-də Azərbaycan-Fransız Universitetində “Davam” Gənclər Hərəkatına məxsus olan “Davam” jurnalının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı təşkilatın ötən dövr ərzində ərsəyə gətirdiyi layihələr barədə ətraflı məlumat verib. Bildirib ki, jurnal “Davam” Gənclər Hərəkatının 2020-2021-ci illər üzrə fəaliyyətini özündə əks etdirir.

Milli Məclisin deputatı Aydın Mirzəzadə, Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin sədri Orduxan Qəhrəmanzadə, Turizm Könüllüləri Təşkilatının direktoru Niyaz Əliyev çıxış edərək hərəkatın fəaliyyəti və nəşr olunan jurnalla bağlı öz təəssüratlarını bölüşüblər. Tədbirin sonunda jurnal qonaqlara təqdim olunub.

Qeyd edək ki, "Davam" jurnalının ideya müəllifi "Davam" Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, redaktorları baş katib Nigar Aslanova, PR və Media məsələləri üzrə katib Lumu İsrəfilli, dizayneri isə Mübarək Səlimlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.